Press "Enter" to skip to content

“Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidentindən çağırış

Bayraqdar.info – “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti ölkə rəhbərliyini Bakıdakı Səfirliklərinin fəaliyyətinin bərpasına çağırıb.

Bu barədə bayraqdar.info-ya ölkəmizin Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Perunun “Guik” mətbu portalında, tanınmış jurnalist, siyasi şərhçi, ötən ay Azərbaycanda səfərdə olmuş Rikardo Sançes “Perunun Azərbaycan ilə münasibətləri” sərlövhəli məqalə dərc edilib.
İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olmuş jurnalist yazısında ölkəmizin gözəlliyi, əlverişli iqtisadi potensialı və malik olduğu zəngin təbii sərvətləri barədə geniş məlumat verib.

Yazıda Azərbaycanın iqtisadi-sosial potensialı, enerji, nəqliyyat və digər əlverişli biznes imkanlarından, siyasi sisteminin sabitliyindən, eləcə də ölkəmizin həyata keçirdiyi iri miqyaslı layihələrdən söhbət açılıb.

Həmçinin, Azərbaycanın dünya birliyinin etibarlı tərəfdaşı və layiqli üzvünə çevrildiyi qeyd edilib və Peru ilə ticari-iqtisadi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq perspektivlərindən bəhs edilib:

“Jurnalist Perunun yeni hakimiyyətinə müraciət edərək, bu ölkənin Bakıdakı səfirliyinin fəaliyyətinin bir neçə il öncə dayandırılmasına istinadən həmin fəaliyyətin bərpasına çağırıb. O, bunun iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirəcəyinə və Peru ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib”.

Müəllif ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verən parlamentlərarası dostluq qruplarının fəal işini də qeyd edib.

Sonda jurnalist, COVID-19 ilə əlaqədar yaranmış problemin tezliklə aradan qalxacağına və iki ölkə arasında qarşılıqlı faydalı səfərlərin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.