Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə səfəri çərçivəsində İzmirdə bır sıra tədbir və görüşlərdə iştirak edib. Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar İzmir zəlzələsindən sonra 1 iyun tarixindən etibarən yeni binasına köçən KKTC İzmir Baş konsulluğunu ziyarət edib. Baş konsulluğun əməkdaşlarını təbrik edən KKTC Cümhurbaşqanı onlara uğurlar arzulayıb.
E.Tatar həmçinin İzmirdə “Adalar dənizi və Yunanıstanla qonşuluq əlaqələri problemləri” mövzusunda simpoziuma qatılıb. Bununla bağlı məlumatda deyilir ki, E.Tatar simpozium çərçivəsində, həmçinin İzmirdə təhsil alan KKTC tələbələri ilə görüşüb.
Görüş zamanı adada əbədi sülhün əldə edilməsi istiqamətində atılan addımlar və mövcud durum barədə tələbələrə ətraflı məlumat verilib. KKTC Cümhurbaşqanı tələbələrin çoxsaylı suallarını da cavablandırıb.