Press "Enter" to skip to content

Ersin Tatar qazilərlə görüşüb

Bayraqdar.info – “47 il əvvəl, 20 iyul səhərində, göstərdiyiniz qəhrəmanlıqla Kıbrısda yeni bir dövr başladı. Kıbrıs türklərinin barış, suverenlik və azadlıq əldə etdikləri gündən bu yana Kıbrısdakı dəngələr dəyişib. Artıq Kıbrısda iki dövlət var. Kıbrıs türk xalqı, öz gələcəyini təyin etmək haqqı ilə dövlətinə sahib çıxıb və bu dövlət o vaxtdan bu günə qədər dik durmaqdadır.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar İzmir təmasları çərçivəsində 47 il əvvəl Kıbrıs Barış Hərakatına qatılan Kıbrıs qazilərilə görüşdə deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bu önəmli tədbirdə Kıbrıs qaziləri ilə görüşməkdən məmnun olduğunu deyən E.Tatar daha sonra bildirib: “47 il əvvəldən bu günə qədər çox əhəmiyyətli inkişaflar olmuşdur. Şərqi Aralıq dənizindəki Mavi Vətəndə Türkiyə Cümhuriyyəti ilə əməkdaşlıq edərək, Kuzey Kıbrıs Türk Cümhuriyyəti də öz hüququndan istifadə edərək milli məsələlərdə mövqeyini ifadə edir”.

KKTC Cümhurbaşqanı onu da deyib ki, Kıbrıs türk xalqı Türkiyənin qarantörlüyündən və Türk Silahlı Qüvvələrinin adadakı varlığından heç vaxt vaz keçməyəcək.

Mission News Theme by Compete Themes.