Bayraqdar.info – Türkiyənin İzmir şəhərində “Birləşmiş şəhərlər və yerli hakimiyyətlər təşkilatının mədəniyyət forumu” keçirilib. 9-11 sentyabr tarixlərini əhatə edən forumda Şəki şəhərini (UNESCO-nun irs şəhərləri siyahısındadır) və ölkəmizi deputat Vüqar iskəndərov təmsil edir.
Bu barədə bayraqdar.info-ya sentyabrın 11-də Vüqar İskəndərov özü məlumat verib.
Deputat deyib ki, bu tədbir çərçivəsində Dünya İrs Şəhərlər Təşkilatı Avrasiya bölgə koordinatoru Rasikh Sagitov, İstanbul Böyükşəhər Başkanı Ekrem İmamoğlu, Ədirnə Bələdiyyə Başkanı Recep Gürkan, İzmir Böyükşəhər Bələdiyyə Başkanı Tunç Soyer, Şəki şəhəriylə qardaşlaşmış Bergama şəhər Bələdiyyə Başkanı Hakan Koştu və Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmət Nuri Ərsoyla görüşüb.
Görüşlər zamanı bir sıra məsələlər müzakirə edilib. Həmçinin, Şəki şəhəri ilə digər şəhərlər arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.