Bayraqdar.info – Məlum olduğu kimi “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilər müalicə üçün Türkiyəyə göndərilir.
“ASAN xidmət”dən bayraqdar.info-ya verilən məlumata görə, Fond tərəfindən bu günə qədər 131 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Onlardan biri də Qorxmaz Abdurəşidovdur. “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə geri dönən qazi öz təəssüratlarını bölüşüb.