Press "Enter" to skip to content

Ötən il 300 min ərzaq payı verilib

Bayraqdar.info – Həssas əhali qruplarından olan şəxslərin və ailələrin dəstəklə təminatı işlərində dövlət qurumları və özəl şirkətlər mühüm layihələr icra ediblər. Bu layihələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində reallaşdırılıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən təkcə ötən il tənha yaşlı və tənha əlilliyi olan şəxslərə, ailə başçısını itirmiş, aztəminatlı, həmçinin tərkibində sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə 200 min ərzaq yardımı təqdim edilib. Həmçinin dövlət qurumları (Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Baş Prokurorluq və s.) və özəl şirkətlər (“AzercellTelekom”, “GilanHoldinq”, ”Binə Aqro”, “A-Qrup Sığorta”, “İSR Holdinq” və s.) bu istiqamətdə mühüm sosial layihələr icra ediblər. Bu layihələr üzrə də həssas qruplardan olan şəxslərə və ailələrə 100 min ərzaq payı verilib.

Ümumilikdə ötən il sosial tərəfdaşlar tərəfindən həssas qruplardan olan şəxslərə və ailələrə 300 min ərzaq payı verilib.

Mission News Theme by Compete Themes.