Press "Enter" to skip to content

KKTC-nin “Teslimat”ı daha səkkiz festivala dəvət alıb

Bayraqdar.info – Kıbrıs türk istehsalı olan “Teslimat” qısametrajlı filmi, sentyabr ayında Latın Amerikasının ən böyük qısa film festivalı “Shorts México” da daxil olmaqla daha 8 beynəlxalq festivala dəvət alıb.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən verilən məılumata görə, Doğuş Özokutanın rejissoru olduğu film Meksika, Ekvador, İspaniya, Bolqarıstan, ABŞ və İtaliyada nümayiş olunacaq.

Bununla da Doğu Akdeniz Universitetinin dəstəyi ilə çəkilən filmin 2020-ci ilin noyabr ayından başlayaraq nümayiş etdirildiyi ölkələrin sayı 10-a, iştirak etdiyi festivalların sayı isə 31-ə çatacaq.

O da qeyd edilib ki, baş rolda İzel Seylonun oynadığı qısametrajlı film indiyədək 5 beynəlxalq mükafat qazanıb.

Mission News Theme by Compete Themes.