Press "Enter" to skip to content

DSMF-dən 3388 elektron arayış

Bayraqdar.info – 2021-ci ilin avqust ayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 3388 nəfər olub.

Bu barədə bayraqdar.info-ya sentyabrın 10-da DSMF-dən məlumat verilib.

Bildirilib ki, bu arayışların 1220-si pensiya, 779-u müavinət və təqaüd, 914-ü fərdi şəxsi hesab, 112-si ünvanlı dövlət sosial yardımı ilə bağlı olub. “Həmçinin arayışlardan 102-si torpaq pay mülkiyyətçisi, 155-i sosial sığorta şəhadətnaməsinin nömrəsi, 18-i şəhid ailəsi üzvü, 37-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 24-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 20-si əlilliyi olan şəxslərə qulluq, 7-si Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub”, – deyə əlavə edilib.

Mission News Theme by Compete Themes.