Son yeniləmə: 8 Sentyabr 2021 12:41
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.
Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.
Bildirilib ki,vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Həmçinin vurğulanıb ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
Məlumatda o da qeyd edilib ki, 2021-ci il avqustun 1-i vəziyyətinə əsasən Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.