Press "Enter" to skip to content

MDB Oyunları: Azərbaycan komandasından medal

Bayraqdar.info – Azərbaycanın yeniyetmə və gənc badmintonçulardan ibarət millisi Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında növbəti görüşünü keçirib.

Azərbaycan Badminton Federasiyasından bayraqdar.info-ya verilən məlumata görə, komanda qrup mərhələsinin 4-cü turunda Rusiya yığmasına 0:5 hesabı ilə uduzub.

“Turnir cədvəlində ikinci sırada qərarlaşan milli Bakı vaxtı ilə saat 16:00-da Qazaxıstan komandası ilə üz-üzə gəlib. Komanda qrup mərhələsinin 5-ci turunda Azərbaycan milli Qazaxıstan yığmasına 4:1 hesabı ilə qalib gəlib.

“Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda yarışlarında gümüş medala layiq görülüb. Qaliblərin mükafatlandırılma mərasimi Bakı vaxtı ilə saat 21:25-də Atletlər kəndində təşkil olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.