Press "Enter" to skip to content

Bişkekdə keçiriləcək İşgüzar Forumda KKTC ilk dəfə

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti Baş nazirinin müavini, iqtisadiyyat və enerji naziri Erhan Arıklı Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək İşgüzar Foruma qatılacaq.

Bu barədə bayraqdar.info-ya sentyabrın 8-də KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, toplantı 10-11 sentyabrda keçiriləcək. Türkiyə Odalar və Borsalar Birliyinin təşkil etdiyi İşgüzar Forumuna KKTC, Qırğızıstan və Türkiyədən işgüzar dairələrin təmsilçiləri qatılacaq.

Türkiyənin vitse-prezidenti Fuat Oktayın da qatılacağı İşgüzar Forumda KKTC ilk dəfə təmsil olunacaq.

Mission News Theme by Compete Themes.