Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə çatıb

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 478-ə çatıb. Onlardan 251-i dövlət, 227-i özəl müəssisələrdir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 7-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon şəhidlərin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyır.

“İşəgötürənlər tərəfindən marafona artıq 2214 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da artaraq 617-ə çatıb ki, onlardan 505-i qazi, 112-i şəhid ailəsi üzvləridir. Təqdim edilən vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir”, – deyə məlumatda daha sonra qeyd edilir.

O da bildirilir ki, marafona qoşulmaq istəyən işə götürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.