Bayraqdar.info – “Sağlamlığımız çox önəmlidir, tibb işçilərimiz və həkimlərimiz bizim üçün çox qiymətlidir.” Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar deyib.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, Türkiyəyə səfəri çərçivəsində Kütahyada Sağlık Bilimleri Universitetində olan E.Tatar çıxışında səhiyyənin önəmindən bəhs edib.
Çıxışında tibb işçilərinə minnətdarlıq edən E.Tatar KKTC-də də səhiyyə sektorunun inkişaf etdiyinə, uğurlu xəstəxanaların və tibb fakultələrinin olduğuna diqqəti çəkib.
Burada gördüyü diqqət və xoş münasibətdən razı qalan KKTC Cümhurbaşqanı Dumlupınardan söz düşəndə Atatürkün mübarizəsinin xatırlandığını ifadə edib. O, Kıbrıs türk xalqının bu mübarizədən güc və ilham alaraq, mübarizə apardığını bildirib.