Bayraqdar.info – Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş-2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub.
Nazirlikdən sentyabrın 6-da bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün müvafiq göstərişlər verilib.