Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan “Daha adil bir dünya mümkün” adlı kitabı sentyabrın 6-da işıq üzü görəcək.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının rəhbəri Fahrettin Altun sentyabrın 5-də Twitter hesabından yaydığı açıqlamada bildirib.
F.Altun açıqlamasında, “Cümhurbaşqanımızın “Daha adil bir dünya mümkün” kitabı sabah oxucuları ilə görüşəcək. Çok həyacanlıyıq. Cümhurbaşqanımız Recep Tayyip Erdoğan bu əsərin yaranması üçün çox səy göstərdi. Bu əsər, hər şeydən əvvəl, Birləşmiş Millətlər Təşkilatının yenidən qurulması üçün konkret bir model təklif edir”, – deyə qeyd edib.
F.Altunun paylaşdığı kitabın tanıtım broşüründə R.T.Erdoğanın “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsiz deyil” ifadəsi yer alır.
Cumhurbaşkanımızın “Daha Adil Bir Dünya Mümkün” kitabı yarın okurlarıyla buluşuyor.
Çok heyecanlıyız 😊
Cumhurbaşkanımız @RTErdogan bu esere çok büyük emek harcadı.
Bu eser, her şeyden önce Birleşmiş Milletler’in yeniden yapılanması için somut bir model önerisinde bulunuyor. pic.twitter.com/K91u0jAfVI— Fahrettin Altun (@fahrettinaltun) September 5, 2021