Press "Enter" to skip to content

Mevlüt Çavuşoğlundan Batı Trakya türklərinə dəstək

Bayraqdar.info – “Lozanna sülh müqaviləsindən irəli gələn hüquq və dini azadlıqlarının qorunması məsələsində soydaşlarımızın yanındayıq.”

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.

birlikgazetesi.org-un məlumatına görə, M.Çavuşoğlu Yunanıstanın Batı Trakyada türklərin seçdiyi müftilərə qarşı edilən müdaxilələrə və təzyiq siyasətinə son qoymasının vacib olduğunu bildirib.

Nazir Çavuşoğlu, Twitter hesabından, Türk Azlığı Məsləhət Şurasının sədri, Gümülcine müftisi  İbrahim Şerifin Twitter hesabındakı yazısından sitat gətirib.

Mission News Theme by Compete Themes.