Press "Enter" to skip to content

Fuat Oktay: Neft sızması ilə bağlı bütün tədbirlər görülüb

Bayraqdar.info – “Kuzey Kıbrıs Türk Cümhuriyyəti sahillərinə doğru hərəkət edən Suriya qaynaqlı neft sızması ilə bağlı heç bir risk yoxdur.” Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay KKTC Cümhurbaşqanı Ersin Tatarla keçirdiyi birgə mətbuat konfransında bildirib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, F.Oktay, sızıntının Suriyanın Baniyas şəhərindəki neft emalı zavodunun yaxınlığında yerləşən elektrik stansiyasında 15 min kubmetrlik bir anbardan mazut sızması ilə başladığını deyib.

Sızıntıya və bunun səbəb olduğu çirklənməyə dərhal müdaxilə edildiyini bildirən F.Oktay “Xüsusilə Dipkarpaz bölgəsində sızıntının Kıbrıs sahillərinə vurma riskinə qarşı da dərhal tədbirlər gördük. Daha sonra külək istiqaməti dəyişərək İskəndərun, Hatay və Samandağ bölgələrinə doğru irəlilədikcə bu istiqamətdə də ciddi tədbirlər gördük”, – deyib.

“Buradan həm Hatayda, həm də KKTC-dəki qardaşlarımıza bütün tədbirlərin alındığı üçün ciddi bir risk olmadığını bildirmək istəyirəm”, – deyə, sonda F.Oktay əlavə edib.

Mission News Theme by Compete Themes.