Press "Enter" to skip to content

Ersin Tatar: Oynanan oyunun nə olduğu ortaya çıxdı

Bayraqdar.info – “Kıbrısda yanaşı yaşayan iki ayrı suveren dövlət anlayışının və siyasətinin qurulması üçün mübarizə apardıq. Çünki 50 ildir federasiya əsasında bir razılaşmanın əldə edilməsi üçün davamlı danışıqlarda oynanan oyunun nə olduğu ortaya çıxdı.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Kütahyanın Domaniç mahalının Çarşamba kəndində bu il 740-cı dəfə keçirilən “Hayme Anasını Anma və Köç Festivalı”ndakı çıxışında deyib. O, Hayme Ananın Orta Asiyadan gəldiyini, Türk millətinin 1071-ci ildə Malazgirtin, 1453-cü ildə İstanbulun və 1571-ci ildə Kıbrısın fəth edilməsi ilə böyük bir coğrafiyaya hakim olduğunu söyləyib.

Tədbirdə coşğu ilə qarşılanmasına görə minnətdarlıq edən E.Tatar daha sonra bildirib: Belə gözəl bir izdihamı, xoş bir qarşılamanı həm özümə, həm də Kıbrıslı Türklərə verilən dəyər və bir mənada Kıbrıslı Türk xalqının mübarizəsinin lütfü hesab edirəm.

E.Tatar həmçinin, “Gələcəkdə bir yerdə ola bilmək, tariximizi yaza bilmək və bu mübarizəni böyük bir xalqın övladları və əsgərləri olaraq taclandırmaq bizim vəzifəmiz və tarixin üzərimizə qoyduğu məsuliyyətdir”, – sözlərini əlavə edib.

Mission News Theme by Compete Themes.