Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə səfəri çərçivəsində Türkiyə Vəkillər Birliyinin başqanı Metin Feyzioğlu ilə görüşüb.
KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, M.Feyzioğlu, böyük dövlət xadimi və türk milliyətçisi mərhum Cümhurbaşqanı Rauf Raif Denktaşın bayrağını əlinə alan və bu bayrağı yeni zirvələrə daşımaq məsuliyyətini üzərinə götürən KKTC Cümhurbaşqanı Ersin Tatara təşəkkür edib: “Bu müqəddəs vətən görəvində ona dəstək olmaq bizim üçün şərəfli bir vəzifədir. Məlum olduğu kimi, 2015-ci ildən etibarən Türkiyə Vəkillər Birliyi olaraq Kıbrıs məsələsi ilə əlaqədar sıx bir araşdırma aparırıq. Hüquqi və intellektual infrastrukturun inkişafına töhfə veririk. Strateji yol xəritəsinin hazırlanmasında öz üzərimizə düşəni edirik. Rumların Kıbrıs türkünə qarşı tətbiq etdikləri və tətbiq etdirdikləri təcrid və embarqolar ciddi insan hüquqları pozuntularının davamlı xarakter almasına səbəb olub”.
Bu mübarizədə KKTC-yə hər zaman dəstək olacaqlarını deyən M.Feyzioğlu daha sonra “Kıbrıs türkünün mübarizəsini böyük bir bacarıqla, qətiyyətlə və fədakarlıqla müdafiə etdiyinə görə KKTC Cümhurbaşqanı Ersin Tatara minnətdarlığımı bildirirəm” sözlərini əlavə edib.
E.Tatar isə öncə bu dəvətə görə, M.Feyzioğluna təşəkkür edib. O, Türkiyə Vəkillər Birliyinin KKTC-nin davasında verdiyi hər bir dəstəyin önəmli olduğunu bildirib. İstər Maraş açılımı, istərsə də digər məsələlərlə bağlı atılan addımlar haqqında ətraflı məlumat verən E.Tatar həmçinin Şərqi Aralıq dənizindəki çalışmalardan da bəhs edib.
“KKTC Türkiyənin Şərqi Aralıq dənizindəki təmsilçisidir” deyən E.Tatar daha sonra bildirib: “Türkiyə Cümhuriyyətinin güclü dəstəyi ilə xalqımızın təhlükəsiz yaşamasını təmin edirik” .