Press "Enter" to skip to content

Batı Trakyada müftiyə qarşı qaldırılan qondarma iddiaya etirazlar artır

Son yeniləmə: 6 Sentyabr 2021 09:35

Bayraqdar.info – Oktyabrin 7-də Selanik Bidayet Məhkəməsində “vəzifə qəsb etmək” ittihamı ilə mühakimə olunacaq Gümülcinə müftisi İbrahim Şerifə qarşı irəli sürülən qondarma iddiaya etirazlar artır.

Belə ki, bu dəfə də müftiyə Dostluq Bərabərlik Sülh (DEB) Partiyasından dəstək gəlib.

gundemgazetesi.com-un məlumatına görə, DEB Partiyası Gümülcinənin seçilmiş müftisi İbrahim Şerifə qarşı irəli sürülən iddiaya sərt əks-reaksiya verib. Partiyanın verdiyi açıqlamada, iddianın məqsədinin qorxu və təzyiq yaratmaq olduğu bildirilib: “Ölkəmiz Yunanıstan, Batı Trakya müsəlman türk azlığının Lozanna müqaviləsindən irəli gələn hüquqlarını pozmağa davam edərkən, dini azadlıqlarımıza və hüquqlarımıza müdaxilə edir. Gümülcinənin seçilmiş müftisi, həmçinin Batı Trakya Türk Azlığı Məsləhət Şurasının sədri cənab İbrahim Şerifin beş il əvvəl Alankuyu bölgəsindəki soydaşlarımızın təşkil etdiyi kütləvi sünnət mövludunda iştirak etməsi vəzifə qəsb etməsi kimi qiymətləndirilib və barəsində cinayət işi açılıb. İrəli sürülən bu mənasız iddianın qorxu və təzyiq yaratmaq üçün edilən bir hərəkət olduğu kimsəyə sirr deyil. Bu cür qərarlardan imtina edilməsini, həmişə vurğuladığımız kimi Lozanna müqaviləsinin maddələrini lazım olduğu şəkildə tətbiq edilməsini, azlığın seçdiyi ruhanilərin hüquq və azadlıqlarının məhdudlaşdırılmamasını tələb edirik. Bu prosesdə bundan əvvəl də olduğu kimi, Gümülcinənin seçilmiş müftüsü İbrahim Şerifin yanında olduğumuzu bildiririk”.

Mission News Theme by Compete Themes.