Press "Enter" to skip to content

25 təşkilat və icma qrupu üçün iki günlük vebinar

Bayraqdar.info – “Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması fəaliyyətlərinə davam edir. Belə ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ikigünlük vebinar təşkil edilib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 6-da BMT-nin İnkişaf Proqramı Azərbaycan ofisindən məlumat verilib.

Bildirilib ki, vətəndaş cəmiyyəti təşkilatları (VCT) rəhbərlərinin yeni bilik və bacarıqlar əldə etməsi üçün keçirilən vebinar seriyası 25 təşkilatı və icma qrupunu bir araya gətirib.

Vurğulanıb ki, sessiyalar dosent Anar Vəliyev tərəfindən keçirilib. Sessiyalarda problemin müəyyənləşdirilməsi, müvafiq datanın araşdırılması, konseptləşdirilməsi və layihə ideyalarının təqdimatı da daxil olmaqla, qrant təkliflərinin yazılması prosesləri müzakirə edilib. Həmçinin, bəzi sessiyalar COVID-19 pandemiyasının Azərbaycan cəmiyyətinə və fərdlərə təsirlərinin aradan qaldırılması üçün yeni həll yollarının müzakirəsi və təklifinə həsr olunub.

Qeyd edilib ki, vebinar seriyası gələn həftə də davam edəcək.

Mission News Theme by Compete Themes.