Press "Enter" to skip to content

Uşaq-gənclər idman məktəblərinin təmsilçiləri Tokio-2020-də

Bayraqdar.info – “Təhsil” İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. L.Vəliyeva atletika idman növü üzrə (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik nəticə ilə paralimpiya rekordunu yeniləyərək qızıl medal qazanıb.

Bu barədə xəbər sentyabrın 4-də bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.

“Bundan başqa, L.Vəliyeva 31 avqust 2021-ci il tarixində (T-13) 100 m məsafəyə qaçışda 11.99 nəticə ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə gümüş medalı qazandırıb.

“Oyunlarda ölkəmizi təmsil təmsil edən, Mərkəzin Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər idman məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Vüqar Şirinli də cüdo üzrə 60 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.