Press "Enter" to skip to content

Ersin Tatar: Sel fəlakətinin acısını qəlbimizdə hiss etdik

Bayraqdar.info – “Bu gün Ana Vətənimiz Türkiyə tarixində əvvəllər görülməmiş bir daşqın fəlakətinin şahidi olan xalqımızın acısını paylaşmaq üçün burdayam.”

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Kastamonuda sel fəlakətindən əziyyət çəkən sakinlərlə görüşündə deyib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, 3-7 sentyabr tarixlərində Ankara, Konya və Kütahyada keçiriləcək tədbirlərə qatılmaq üçün Türkiyəyə gedən E.Tatar, ilk səfərini sel fəlakətinin yaşandığı Kastamonunun Bozkurt bölgəsinə edib. Orada qurulan Böhran Koordinasiya Mərkəzinə gələn E.Tatar Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Kastamonu valisi Avni Çakır, AFAD səlahiyyətliləri və Kıbrıs qaziləri tərəfindən qarşılanıb.

Qarşılaşmanın ardından AFAD mərkəzində nazir S.Soylu tərəfindən sel fəlakəti və görülən işlər haqqında E.Tatara ətraflı məlumat verilib.

KKTC Cümhurbaşqanı sonra bölgə xalqı və biznesmenlərlə görüşüb. E.Tatar Bozkurtdakı çıxışında Kıbrıs türklərinin Kastamonuda yaşanan bu faciəli hadisədən dərin kədər hissi keçirdiyini deyib.

Kastamonunun Kıbrıs türk xalqının qəlbində xüsusi bir yerə sahib olduğunu ifadə edən E.Tatar daha sonra bildirib: “Müasir Türkiyənin, geyim və şapka inqilabının təməllərinin bu torpaqlarda atılması, Kıbrıs türk xalqının var olma mübarizəsinin son pərdəsi olan 20 temmuz-Barış Hərakatındakı rolu böyük olan dönəmin baş naziri mərhum Bülent Ecevitin ata ocağının Kastamonu olması bizim üçün bu diyarın önəmini daha da artırır”.

Mission News Theme by Compete Themes.