Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğanın rəhbərliyilə AK Parti Mərkəzi İcra Kurulunun (MYK) toplantısı keçirilib. Toplantının davam etdiyi müddətdə isə partiyanın sözçücü Ömər Çelik mətbuat konfransı keçirib.
KKTC Bakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, ABŞ senatorlarından Bob Menendezin “son türk əsgərinin Adanı tərk etməsini görmək” arzusunu dilə gətirməsinə münasibət bildirən Ö.Çelik Türk Silahlı Qüvvələrinin Kıbrısda sülhün təminatçısı olmağa davam edəcəyini bildirib:
“Menendez türk əsgərinin Kıbrısdan ayrıldığını görməyəcək. Səhv xəyal qurur. Türk Silahlı Qüvvələri oradakı sülhün qarantıdır, boş yerə orda deyillər. Türk Silahlı Qüvvələrinin Kıbrıs Barış Hərakatı çərçivəsində oraya niyə getdiyini və bu gün var olmalarının nə demək olduğunu hamı, bütün dünya yaxşı bilir. “Türk Silahlı Qüvvələri oradan çəkilsin” demək, “rumlar Kıbrısı işğal etsin” deməkdir. Köhnə EOKA kimi, “qətliamlar törədən terror təşkilatları yenidən ortaya çıxsın” deməkdir”.
Kıbrıs rum hissəsində keçirilən adi futbol matçı zamanı, yaxud sadə bir ziyarət zamanı belə insanların şiddətə məruz qaldıqlarına diqqət çəkən Ö.Çelik, daha sonra bunları əlavə edib: “Türk Silahlı Qüvvələri Kıbrısda sülhünü təminatçısı olmağa, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təhlükəsizliyinə töhfə verməyə davam edəcək”.