Press "Enter" to skip to content

“İşsizin DOST”u proqramı uğurla reallaşdırılır

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İş” Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Belə ki, Mərkəz “YAŞAT” Fondunun şəhid ailələri və qazilərlə bağlı tədbirlərinə əlavə dəstəyin göstərilməsi məqsədilə 150 nəfəri işlə təmin edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “İşsizin DOST”u proqramı çərçivəsində 150 sosial işçi Bakı və regional “ASAN xidmət” mərkəzlərinə təhkim edilib.

İşə qəbul olunan 150 nəfərin hər biri ilə Mərkəz arasında əmək müqaviləsi bağlanıb. Ümumilikdə “İşsizin DOST”u proqramı çərçivəsində hazırda 56 min şəxs ödənişli ictimai işlərdə çalışır.

Mission News Theme by Compete Themes.