Press "Enter" to skip to content

Güclü küləklə bağlı gəmi kapitanlarına xəbərdarlıq edildi

Bayraqdar.info – “Xəzərdənizgəmiçiliyi” QSC gəmi kapitanlarına xəbərdarlıq edib.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də QSC-dən xəbər verilib.

Xəbərdə bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Sentyabrın 3-ü axşamdan 4-nə kimi Xəzər dəniz akvatorasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 metr olacağı proqnozlaşdırılır.

“Gözlənilən hava şəraiti ilə əlaqədar bütün gəmi kapitanlarının nəzərinə çatdırlır ki, gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

“Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

“Külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.