Press "Enter" to skip to content

Ersin Tatar Türkiyədə bir sıra tədbirlərə qatılacaq

Son yeniləmə: 3 Sentyabr 2021 13:48

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə səfər edib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar 3-7 sentyabr tarixlərini əhatə edəcək səfər çərçivəsində Ankara, Konya və Kütahyada keçiriləcək tədbirlərə dəvətli qonaq olaraq qatılacaq. E.Tatar bu çərçivədə Kıbrıs qaziləri və qeyri-hökumət təşkilatları ilə görüşəcək, Kıbrıs mövzusuyla bağlı konfrans və panellərdə iştirak edəcək.

Məlumatda deyilir ki, KKTC Cümhurbaşqanı səfərin ilk günü Ankaradan Kastamonuya gedərək sel fəlakətinin yaşandığı bölgəni ziyarət edəcək və bölgə xalqı ilə görüşəcək.

E.Tatar sentyabrın 4-də Ankarada Türk Vəkillər Birliyi tərəfindən Kıbrısla bağlı təşkil ediləcək brifinqə qatılaraq, açıqlamalar verəcək.

Sentyabrın 5-də Kütahyada keçiriləcək tədbirlərə qatılacaq E.Tatar, orada qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları ilə bir araya gələcək, yerli qəzet və telekanallar üçün Kıbrısla bağlı son prosesləri dəyərləndirəcək.

E.Tatar, Sentyabrın 6-da Kütahya Dumlupınar Universitetində “Kıbrıs türkünün keçmişdən bu günə adada varoluş mübarizəsi” mövzusunda bir konfrans verəcək və Kütahya Kıbrıs qaziləri ilə görüşəcək. Akşehirdəki tədbirlərə də qatılacaq olan E.Tatar, daha sonra Konyaya səfər edəcək.

Qeyd edilib ki, KKTC Cümhurbaşqanı sentyabrın 7-də Konyadakı İstiqlal Müharibəsi Şəhidliyini ziyarət edəcək, Konya Kıbrıs Veteranları və Konya Ticarət Palatası rəsmiləri ilə görüşəcək və Kıbrıs mövzusunda bir paneldə iştirak edəcək.

E.Tatar, sentyabrın 8-də KKTC-yə dönəcək.

Mission News Theme by Compete Themes.