Press "Enter" to skip to content

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib

Bayyraqdar.info – “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən Azərbaycan komandası üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.

“Bundan başqa polkovnik-leytenant Namiq Əhmədov “Ən yaxşı məşqçi”, gizir Elşad Orucovun rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olub.

“Qalib komandalara mükafatlar təqdim olunub. Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib”, – deyə Nazirlik bildirir.

Mission News Theme by Compete Themes.