Press "Enter" to skip to content

10 nəfər Latviyada təhsil təqaüd proqramı qazanıb

Bayraqdar.info – Azərbaycanla Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2021-2022-ci tədris ili üzrə Latviya HTP üçün qarşı tərəfdən yüksək rəqabətlilik şəraitində keçirilən müsabiqə nəticəsində 10 nəfər azərbaycanlı bu ölkənin təqaüdünə layiq görülüb. Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə üzrə Azərbaycan ilk beşlikdədir.

Bu barədə bayraqdar.info-ya sentyabrın 3-də Təhsil Nazirliyindən daxil olan xəbərdə deyilir.

“Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia” və “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

“Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 4 fevral 2021-ci il tarixində elan verilib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.