Press "Enter" to skip to content

“YAŞAT” Fondunun Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub

Bayraqdar.info – “YAŞAT” Fondunun yashat.gov.az portalı 8 yanvar 2021-ci il  tarixindən istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə bayraqdar.info-ya sentyabrın 2-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, bu günə qədər Çağrı Mərkəzinə 55 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyatı üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

Mission News Theme by Compete Themes.