Press "Enter" to skip to content

“YARAT”ın təşkil etdiyi sərgilər yay rejimində işini davam edir

Bayraqdar.info – “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər yay rejimində fəaliyyətini davam etdirir.

“YARAT”dan sentyabrın 2-də bayraqdar.info-ya bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00–dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00–dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.

“Qeyd edək ki, hazırda muzeydə rəssam Rəşad Ələkbərovun “Özünsən!” solo sərgisi və “XX əsrin son çiçəkləri: Y nəsli” qrup sərgisi, eləcə də “Öz adanı kəşf et” adlı sərgi ziyarətçilər üçün açıqdır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.