Bayraqdar.info – Sentyabrın 2-də saat 19:00-da YARAT Film Klubu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə Rusiya kinorejissorlarının “Səmadan dərhal döyüşə” və “Afrika” adlı tammetrajlı filmlərini təqdim edəcək.
Bu barədə bayraqdar.info-ya sentyabrın 2-də YARAT-dan bildirilib.
“Bu filmlər YARAT Mərkəzində keçirilən cari sərginin konsepsiyasına uyğun olaraq, müxtəlif nəsillər arasında fərqliliyi təcəssüm edir. Müharibə ilə aclıqla üzləşən bir nəslin, tamamilə fərqli böhranlarla üzləşən Y(milleniallar) nəsli arasındakı müxtəliflik.
“Səmadan dərhal döyüşə” Rusiyanın 2021-ci ildə istehsal etdiyi film Böyük Vətən və Qış müharibələri zamanı hava-desant qoşunlarının komandanı, ordu generalı, Sovet İttifaqı qəhrəmanı Vasili Margelovun taleyindən bəhs edir. Film desantçılar arasında kulta çevrilmiş “Batya” adlı seriala istinadən çəkilib.
“Filmin rejissoru Oleq Ştromdur. Müddəti 93 dəqiqə olan film rus dilində nümayiş ediləcək.
“Sentyabrın 3-də nümayiş ediləcək “Afrika” filmi də 2021-ci ildə Rusiya tərəfindən çəkilib. Filmdə hadisələr 1943-cü ilin qışında, Leninqradın ağır blokadası vaxtında cərəyan edir. Yemək axtarışı zamanı can verən hərbi iti tapan kənd uşağı Yeqorka çətin seçim qarşısındadır – ailəsini yoxsa iti xilas etsin…
“Rejissor Darya Binevskayanın çəkdiyi filmin müddəti 54 dəqiqə olmaqla rus dilində ingilis altyazıları ilə təqdim ediləcək. Filmlərə baxmaq üçüm yaş məhdudiyyəti: 6+-dur.
““Afrika” filmi 3 sentyabr saat 16:00-da nümayiş ediləcək.
“Qeyd edək ki, hər iki film YARAT Film Klubunda təqdim ediləcək. Filmlərə baxış üçün qeydiyyat mütləqdir. (Qeydiyyat 11:00-dan 19:00-a kimi aparılır). Yerlərin sayı məhduddur”, – deyə xəbərdə bildirilir.