Press "Enter" to skip to content

Növbəti “Açıq mikrofon” aksiyası Goranboyda olacaq

Bayraqdar.info – “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Səyyar qəbul otaqlarının təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb.

Bu barədə sentyabrın 2-də bayraqdar.info-ya “Azəriqaz”dan bildirilib.

“Aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir. Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq.

“Sakinlər sentyabrın 3-də saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.