Press "Enter" to skip to content

Ersin Tatar: KKTC sonsuzadək varlığını sürdürəcək

Son yeniləmə: 2 Sentyabr 2021 14:11

Bayraqdar.info – “KKTC sonsuzadək varlığını sürdürəcək.” Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar “Aralıq dənizi sülh yolu” adlı üzgüçülük yarışının mükafatlandırma mərasimində vurğulayıb.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar Türkiyənin Hacettepe Universiteti Gənclər və İdman Klubu Üzgüçülük Komandasının təşkilatçılığı ilə bu il üçüncüsü keçirilən üzgüçülük yarışını uğurlu adlandırıb.

Mükafatlandırma mərasiminə həmçinin, Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri, KKTC Baş nazirinin müavini, iqtisadiyyat və enerji naziri Erhan Arıklı, Girne Bələdiyyəsinin başqanı Nidai Güngördü, üzgüçülər və komandaların rəsmiləri qatılıb. E.Tatar məırasimdə idmançılara medalları və təşəkkür plaketlərini təqdim edib.

Mərasimdəki çıxışında E.Tatar həmçinin, Şərqi Aralıq dənizində bir mübarizə aparıldığını və bu çərçivədə Türkiyə ilə KKTC arasındakı əlaqələrin möhkəmlənməyə davam etdiyini bildirib.

Mission News Theme by Compete Themes.