Press "Enter" to skip to content

Ağcabədidə saxta COVİD-19 pasportu satanlar aşkarlandı

Bayraqdar.info – Ağcabədi Rayon Prokurorluğuna Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə müraciət daxil olub.

Baş Prokurorluqdan senytabrın 2-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.

“Araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.

“Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

“Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir”, – deyə Prokurorluqdan bildirilir.

Mission News Theme by Compete Themes.