Bayraqdar.info – Sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 932 şəxsə münasib iş yerlərinə göndəriş verilib. Göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilib.
Bu barədə bayraqdar.info-ya sentyabrın 2-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır.
Göndəriş verilən şəxslərdən artıq 312 nəfəri ilə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar. Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.
Vurğulanıb ki, “Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama keçidə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.