Press "Enter" to skip to content

Tahsin Ertuğruloğlu: Senator Menendezin açıqlamasını şiddətlə qınayırıq

Tahsin Ertuğruloğlu

Bayraqdar.info – “1974 -cü ildən bu yana Kıbrısda hökm sürən sülh və təhlükəsizlik mühitini təmin edən Türk Silahlı Qüvvələrinin adadakı varlığına son qoymasını tələb etmək, adanın yenidən müharibəyə və Yunan qəddarlığına təslim edilməsi deməkdir. Bunu yalnız Menendez kimi Kıbrıs məsələsindən xəbəri olmayan, cahilliyini də türklərə qarşı düşmənçiliyilə kamuflyaj etməyə çalışan zavallılar edə bilər. Onun özü də, sözləri də yox hökmündədir.”

Bu fikirlər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlunun, ABŞ senatorlarından Bob Menendezin çıxışında səsləndirdiyi sözlərə cavabında öz əksini tapıb.

Xatırladaq ki, B.Menendez Güney Kıbrıs rum idarəsi tərəfindən “III. Makarios Böyük Xaç ordeni” ilə təltif edilməsi mərasimindəki çıxışında, “son türk əsgərinin Adanı tərk etməsini görmək” arzusunu dilə gətirib.
Onun bu sözlərini şiddətlə qınaqdıqlarını deyən T.Ertuğruloğlu daha sonra bildirib: “ABŞ Senatında Ana Vətən Türkiyəyə və KKTC-yə qarşı bir çox qətnamələrin hazırlanmasına rəhbərlik etmiş və türklərə düşmənçiliyi ilə tanınan senator Menendezin ABŞ-dakı yunan-rum dərnəklərinin dəstəyilə qazandığı seçkinin borcunu ödəmək məqsədi ilə söylədiyi sözlər Kuzey Kıbrıs Türk Cümhuriyyəti üçün yox hökmündədir”.

Qeyd edilib ki, şəxsi maraqları naminə yunan-rum ikilisini dəstəkləyən Menendez, Türkiyə ilə ABŞ arasındakı əlaqələrə xələl gətirir. Eynilə, Menendez, adada və bölgədə inamı və sabitliyi bərpa etmək səylərini alt-üst edir.

Mission News Theme by Compete Themes.