Bayraqdar.info – “Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
“İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə r.maharramova@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.
Tələb olunan sənədlər bunlardır:
Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat, əmək kitabçası.”
Xəbər avqustun 31-də bayraqdar.info-ya Səhiyyə Nazirliyindən daxil olub.