Press "Enter" to skip to content

“Məşğulluq marafonu”na artıq 455 işəgötürən qoşulub

Son yeniləmə: 31 Avqust 2021 15:09

Bayraqdar.info – “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında başladılan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artıq 455-ə çatıb. Bu marafon iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılıb.

Bu barədə bayraqdar.info-ya avqustun 31-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, Marafona qoşulmaqla şəhidlərin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstəyini ifadə edən həmin işəgötürənlərin 234-ü dövlət, 221-i özəl müəssisələrdir. Onlar tərəfindən marafona 2044 vakansiya təqdim edilib.

Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da 566-a çatıb ki, onlardan 460-ı qazi, 106-sı şəhid ailəsi üzvləridir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlar isə özləri haqqında məlumatları keçidə daxil olmaqla qeyd edə bilərlər.

Mission News Theme by Compete Themes.