Bayraqdar.info – İsmayıllı rayonunun Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
Bu haqda bayraqdar.info-ya avqustun 31-də FHN-in mətbuat xidmətindən bildiriblər.
“Yanğın nəticəsində ümumilikdə təxminən 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb”, – deyə xəbərdə qeyd edilib.