Press "Enter" to skip to content

Fuat Oktay: Əlimizdəki bütün imkanları səfərbər edərək tədbirlər görürürük

Fuat Oktay

Bayraqdar.info – “Bir ekoloji fəlakətə yol verməmək üçün əlimizdəki bütün imkanları səfərbər edərək tədbirlər görürürük.”

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib. Suriyada baş verən qəza nəticəsində axan neftin Kıbrıs sahillərinə çatması ilə bağlı məsələni dəyərləndirən vitse-prezident prosesi yaxından izlədiklərini bildirib.

F.Oktay Anadolu Agentliyinə açıqlamasında neft sızması ilə bağlı məsələnin gün ərzində müvafiq nazirliklərlə müzakirə edildiyini söyləyib. O, Nəqliyyat və İnfrastruktur Nazirliyinin dənizdə, Ətraf və Şəhərsalma Nazirliyinin isə Karpaz sahilində lazımi tədbirləri görəcəyini bildirib.

Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da hadisələri yaxından izlədiyini vurğulayan F.Oktay, başda KKTC-nin Cümhurbaşqanı Ersin Tatar olmaqla KKTC səlahiyyətliləri ilə əlaqə saxladıqlarını və Türkiyə səfirliyinin hadisələri hər an izlədiyini söyləyib.

O, Türkiyə olaraq hər zamanki kimi bu məsələdə KKTC-nin və Kıbrıs türk xalqının yanında olacaqlarını bəyan edib.

Mission News Theme by Compete Themes.