Press "Enter" to skip to content

Vahid əlaqələndirmə mərkəzlərinə 200-dək müraciət olub

Bayraqdar.info – Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan və ilkin mərhələdə Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzləri uğurla fəaliyyət göstərir. Belə ki, bu günə kimi Mərkəzlərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərdən ibarət 195 nəfərin müraciətinə baxılıb.

Bu barədə bayraqdar.info-ya avqustun 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 7 qurum üzrə 26 xidmətin “bir pəncərə”dən göstərildiyi vahid əlaqələndirmə mərkəzlərində qəbul edilən müraciətlərin sayı aşağıdakı kimidir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 14 müraciət;
Müdafiə Nazirliyi üzrə 113 müraciət;
Səhiyyə Nazirliyi üzrə 7 müraciət;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 18 müraciət;
Yerli icra hakimiyyəti orqanları üzrə 15 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 28 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə müraciət olmayıb.

Vurğulanıb ki, müraciətlərə operativ şəkildə baxılıb və vətəndaşlara aidiyyəti üzrə xidmətlərin göstərilməsi təmin olunub. 142 Çağrı Mərkəzi tərəfindən isə vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyəti ilə əlaqəli 66 müraciət cavablandırılıb.

Mission News Theme by Compete Themes.