Press "Enter" to skip to content

Müdafiə naziri xidməti müşavirə keçirib

Bayraqdar.info – Avqustun 30-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yürləşən hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.

Avqustun 30-da Müdafiə Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda belə deyilir.

“Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran müdafiə naziri bildirib ki, orduda aparılan islahatlar bundan sonra da davam etdiriləcək.

“Müdafiə naziri Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri və baş qərargah rəisini, o cümlədən qəhrəman Türk əsgərini 30 Avqust – Türkiyənin Zəfər Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib”, – deyə məlumtda qeyd edilir.

Daha sonra nazir Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyəti təhlil edib.

Müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal uyğun cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tapşırıb. Bu məqsədlə o, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı göstərişlər verib.

“Orduda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işi ilə maraqlanıb. O, hərbi infrastrukturun yaradılması, dağ yollarının çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.

“Nazir nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.” Məlumatda belə deyilir.

Mission News Theme by Compete Themes.