Urania Papatheu: Azərbaycanın Kabil hava limanında təhlükəsizliyə töhfə verdiyi vaxtda Ermənistan parlamentində əlbəyaxa dava gedib
Bayraqdar.info – İtaliya Senatının “İrəli, İtaliya” Partiyasından olan üzvü, senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında Azərbaycan sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsində göstərdiyi fəaliyyəti təqdir edib.
Bu barədə bayraqdatr.info-ya avqustun 30-da ölkəmizin İtaliyadakı səfirliyindən məlumat verilib.
İtalyan senator bildirib ki, bu məsələdə böyük yetkinlik nümayiş etdirən Azərbaycan həmişə olduğu kimi İtaliya və Avropa İttifaqı ilə birgə fəaliyyət göstərməyə hazır olduğunu nümayiş etdirib.
Habelə senator U.Papatheu Azərbaycan rəsmilərinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdiyini bildirib. O, eləcə də Əfqanıstandakı vəziyyətlə bağlı dramatik səhnələrin baş verdiyi bir vaxtda Ermənistan parlamentində əlbəyaxa dava getdiyini də deyib.