Press "Enter" to skip to content

İtaliya mediasında itkin düşmüş azərbaycanlılarla bağlı yazılar

Bayraqdar.info – 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşməsi mövzusu İtaliya mediasının diqqətində olub.

Bu barədə bayraqdar.info-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir: “İtaliyanın Lo Spessore analitik portalında Beynəlxalq Siyasət və İqtisadi Araşdırmalar İnstitutunun (IREPI) rəhbəri tədqiqatçı-jurnalist Domeniko Letisiyanın “Ermənistanla münaqişə zamanı itkin düşmüş azərbaycanlılar” sərlövhəli məqaləsi, habelə Kmetro0Metro CT xəbər portalları və Agenzia Nova xəbər agentliyi bu mövzudaAzərbaycanın İtaliyadakı səfirliyi tərəfindən hazırlanmış press reliz əsasında “Beynəlxalq itkin düşmüş şəxslər günü, azərbaycanlıların harayı”, “Azərbaycanda itkin düşmüş şəxslər”, “Beynəlxalq itkin düşmüş şəxslər günü Azərbaycanın diqqətində” başlıqları altında yazılar dərc olunub”.

Məlumatlarda 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbayana qarşı hərbi təcavüzü nəticəsində azərbaycanlıların yoxa çıxması və itkin düşməsi faciəsinin başladığı və bu xüsusda qeyd olunan tarixin Azərbaycanda da anıldığı bildirilib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində itkin düşmüş 3 min 890 azərbaycanlının aqibəti hələ də qeyri-məlumdur.

Bildirilib ki, mülki şəxslərin tutulması və onlara qarşı pis rəftar edilməsi beynəlxalq humanitar huquq tərəfindən açıq şəkildə qadağan olunsa da 267 azərbaycanlı mülki vətəndaş Ermənistan silahlı qüvvələri tərəfindən əsir-girov saxlanılmaqdadır.

Yazılarda, həmçinin mülki girovların Ermənistan tərəfindən əsir götürülməsi və onların siyasi şantaj üçün vasitə kimi istifadə edilməsi qeyd olunub və erməni əsir və girovluğundan ümumilikdə 1 min 102 azərbaycanlının azad edilməsi erməni qurumları tərəfindən də bu faktın etirafı kimi qiymətləndirilib: “Habelə yazılarda hazırda çoxsaylı azərbaycanlı ailənin itkin düşmüş qohumlarının taleyi ilə bağı beynəlxalq ictimaiyyətdən gözləntilərinin olduğu və Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı işgəncə verildiyinin çoxsaylı təşkilatlar tərəfindən təsdiqləndiyi qeyd olunub”.

Yazılarda insanlığa qarşı törədilmiş cinayətin qanlı nümunəsi kimi 25-26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqrımın keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən ciddi və dramatik hadisələrindən biri kimi yadda qaldığı vurğulanıb.

Mission News Theme by Compete Themes.