Bayraqdar.info – “Gənc müəllimlərə çağırış: sağlam bədəndə sağlam ruh! Gənc müəllimlər arasında futzal yarışı” layihəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Bu xəbər avqustun 30-da bayraqdar.info-ya Təhsil Nazirliyindən verilib.
“Mərasim “Mars Overseas Baku LTD” MMM-in (Pepsi Azerbaijan) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
“Birlik” (Saatlı) – “Pepsi” (Bakı) komandaları arasında keçirilən yarış “Birlik” (Saatlı) komandasının 7-2 qələbəsi ilə yekunlaşıb.
“Bağlanış mərasimində layihənin rəhbəri Hüseyn Hüseynov çıxış edərək layihənin keçirilmə məqsədindən danışıb və iştirak edən bütün komandalara uğurlar arzulayıb. O bildirib ki, layihə çərçivəsində ölkənin 20 şəhər və rayonunda çalışan gənc müəllimlərdən ibarət 16 komandanın 140 üzvü iştirak edib.
“Tədbirdə iştirak edən Nazirliyin əməkdaşları Orxan Abbasov, Səbuhi Rzayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, “Mars Overseas Baku LTD” MMM-dən Cavid Dadaşov çıxış edərək öz təəssüratlarını bölüşüblər.
“Layihədə iştirak edən komandalar müxtəlif nominasiyalar üzrə diplomlar və hədiyyələrlə təltif olunublar”, – deyə xəbərdə qeyd edilir.