Bayraqdar.info – Avqustun 30-da xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayevi qəbul edib.
Bu barədə bayraqdar.info-ya XİN-dən məlumat verilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov qarşı tərəfi təyinatı münasibətilə təbrik edib.
İqor Xovayev cari səfərinin tanışlıq xarakteri daşıdığını söyləyib.
C.Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü barədə məlumat verib.
Nazir, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə da danışıb.
Tərəflər, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.