Bayraqdar.info – Avqustun 30-da Bakı Metropoliteni QSC sərnişinlərə müraciət edib. Xəbər bayraqdar.info-ya Metropolitendən verilib.
Xəbərdə deyilir: “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Metropolitenin stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan Metropolitendən istifadə qadağandır. Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.