Bayraqdar.info – Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) avqustun 28-də özünün rəsmi Twitter hesabında etdiyi paylaşımda İran hökumətindən Güney Azərbaycanlı vəkil və insan haqları müdafiəçisi Məhəmmədrza Fəqihi, iki başqa vəkil və iki mədəni fəallın azadlığa buraxılmasını tələb edib.
Məlumatda həbs olunan şəxslərin avqustun 14-də insan haqları mövzusunda, vətəndaşların koronovirusa qarşı peyvənd olunma hüquqları ilə bağlı keçirdikləri toplantıda həbs oldunduqları qeyd olunub.
Paylaşımda internet istifadəçilərindən Əli Xamneyinin hesabına ünvanlanan bu tviti yenidən yaymaları və həbs olunan şəxslərin azadlığını tələb etmələri xahiş olunur.
Qeyd edək ki, avqustun 14-də təhlükəsizlik təşkilatının əməkdaşları vəkillər Məhəmmədrza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili və Leyla Heydərini, eləcə də mədəni fəallar Mehdi Mahmudiyan və Məryəm Əfrafərazini həbs ediblər.
Bildirilir ki, fəallar həbs edilmələrindən bir müddət əvvəl İranın təhlükəsizlik qurumları tərəfindən təzyiqə məruz qalıb, xəbərdarlıq alıblar.
Ölkədə koronavirusdan ölənlərin sayının faciə həddinə çatmasından narahat olan vəkillər və mədəni fəalların Amerika və Britaniya vaksinlərinin ölkəyə idxalını qadağan edən axund Əli Xamneyiyə qarşı birgə şikayət məktubu hazırladığı bildirilir.
Qaynaq: GünAz.TV
Three human rights lawyers & two activists have been arbitrarily detained incommunicado in #Iran since 14 August solely for holding a meeting to discuss possible legal action in support of people's right to lifesaving #COVID19 vaccines. RT to tell @khamenei_ir to release them NOW pic.twitter.com/mLKUXqEX2d
— Amnesty Iran (@AmnestyIran) August 28, 2021