Press "Enter" to skip to content

30 Avqust: Müdafiə olunan türkdən hücum edən türkə keçişin başlanğıcı

Bayraqdar.info – “30 avqust 1922-ci ildə Dumlupınarda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün liderliyilə Türkiyə ordusunun yunan ordusunu məğlub etməsinin və 9 sentyabra qədər davam edəcək “Təqib” hərakatı ilə dənizə tökməsinin başlanğıcıdır. 30 avqust 222 il davam edən Osmanlı imperiyasının geri çəkilməsinin sonu, müdafiə olunan bir türkdən hücum edən bir türkə keçişin başlanğıcıdır.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında 30 Avqust – Zəfər Bayramının önəmini dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türkiyəli general bildirib ki, 30 avqust zəfəri 1071-ci ildə Anadolunu yurd edən türkün torpaqlarından bütün düşmənləri, bütün əcnəbi əsgərləri qovmasıdır: “30 avqust milli dirçəliş və ruh, var olmaq mübarizəsidir. 30 avqust, “Biz bu torpaqlara – Anadoluya 1071-ci ildə gəldik, 1922-ci ildə getmirik və sonsuza qədər burada qalacağıq” deməkdir. 30 avqust Milli Ordu, qəhrəmanlıq, Vətən, dövlət, bayraq üçün ölmək deməkdir. 30 avqust imperializmin qarşısına sədd çəkmək, Sevr anlaşmasını cırıb, parçalayıb atmaq deməkdir. 30 avqust Mustafa Kemal Atatürk deməkdir. 30 avqust xalqı ilə birləşən bir ordu, istiqlalı üçün ölməyi bilən bir millət deməkdir. 30 avqust Zəfəri həmçinin Yaxın Şərq, Orta Asiya və Afrikadakı xalqların müstəmləkə rejimlərinə qarşı azadlıq mübarizəsinə qalxmaları üçün bir məşəl oldu”.

Y.Karauz bildirib ki, 1922-ci il 30 avqust zəfərindən sonra 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə yeni bir dönəm başlayıb: “Həmin vaxtdan etibarən güclənən Türkiyə ordusu və Türkiyə Cümhuriyyəti 1952-ci ildə NATO ilə bərabər Koreya hərəkatında iştirak etdi. 99 il öncə qazanılan avqust zəfərindən güc alan Türkiyə Ordusu 1974-cü ildə Kıbrıs Barış Hərəkatı ilə növbəti qəhrəmanlıq dastanı yazdı. 30 avqust zəfərinin nəticəsi olaraq bu gün mavi vətən etibarlı şəkildə qorunur. 99 il öncə əldə edilən zəfərdən güc alan Türkiyə ordusu həmçinin, bu gün “Barış Pınarı” hərəkatı, “Zeytin dalı” hərəkatı, o cümlədən İraq və Suriya hərəkat sahəsində uğurlu əməliyyatlar həyata keçirərək tarix yazmaqda davam edir. Türkiyə ordusu eyni zamanda, Liviyada, Əfqanıstanda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verib. Ümumilikdə bu gün dünyanın 14 ayrı yerində Türkiyə əsgəri sülhün və sabitliyin qorunmasında önəmli rol oyanyır. Bu gün dünya ölkələri içərisində iqtisadi baxımdan inkişafına görə 15-16-cı sırada, güclü ordusuna görə 12-ci sırada olan Türkiyə eyni zamanda, qardaş Azərbaycanla birlikdə Qarabağda sülhün əldə ediləməsində rol oynayan regional gücə çevrilib.  Türkiyə bu gün Qafqazın regional gücü olan qardaş Azərbaycanla birlikdə “bir millət – iki dövlət” fəlsəfəsi əsasında Zəfər paradlarında dünyaya birlik, bərabərlik və sülh mesaji verir”.

One Comment

  1. Alemşah Begüm Alemşah Begüm 30 Avqust 2021 16:28

    Gardaşlar zafer bayramımız kutlu olsun. Daima zaferlerle, bayrağımızla ileri!

Comments are closed.

Mission News Theme by Compete Themes.